Əli Həsənovun oğlundan sonra qızını da “gizlətdilər” - Faktlar

Əli Həsənovun oğlundan sonra qızını da “gizlətdilər” -

Prezidentin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Mehbalıyevanın adı təsisçisi olduğu “GEMAEE MOANDSONS GENERAL TRADING LLC” şirkətinin rəsmi veb-səhifəsindən silinib.

Yeniavaz.com xəbər verir ki, daha əvvəl Səfiyə Mehbalıyevanın adı Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində fəaliyyət göstərən və bahalı qızıl-zinyət əşyalarının satışı ilə məşğul olan “GEMAEE” adlı şirkətin rəsmi səhifəsində təsisçi olaraq qeyd olunurdu.

Lakin, bu barədə məlumatlar mətbuatda yayıldıqdan sonra Əli Həsənovun qızının adı rəsmi səhifədən yığışdırılıb.
Əli Həsənovun oğlundan sonra qızını da “gizlətdilər” -

Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı Səfiyə Mehbalıyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Mehbalıyevin həyat yoldaşıdır.

Onu da qeyd edək ki, bənzər vəziyyət bir qədər əvvəl Əli Həsənovun oğlu Şamxal Həsənli barəsində də yaşanıb.

Azərbaycanı tərk edərək ABŞ-a köçən Şamxal Həsənlinin Florida ştatının ikinci ən böyük şəhəri olan Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işə düzəlib. Şamxal Həsənlinin çalışdığı “Zylberglait Group” ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli (Mayami) ofisi hesab olunur. “Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında isə çoxsaylı ermənilərin də olduğu barədə məlumat mətbuatda yayıldıqdan sonra Şamxal Həsənli ilə bağlı bütün məlumatlar “Zylberglait Group” şirkətinin rəsmi veb-səhifəsindən silinib.

Lakin, qeyd edək ki, məlumatlar rəsmi veb-saytlardan silinsə də, bənzər məlumatlara axtarış sistemlərində rast gəlmək mümkün olur.

Əli Həsənovun oğlundan sonra qızını da “gizlətdilər” -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...