İnnovasiya və Təchizat Mərkəzindəki nöqsanlar: Materiallar Baş Prokurorluğa göndərildi

İnnovasiya və Təchizat Mərkəzindəki nöqsanlar:
Hesablama Palatası “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin (Mərkəz) 2020-2021-ci illərdə fəaliyyəti və bu fəaliyyəti təmin etmək məqsədilə istifadə olunmuş ümumilikdə 228,1 milyon manat məbləğində vəsaiti əhatə edən audit yoxlaması həyata keçirib.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.
Bildirilib ki, Mərkəz tərəfindən 2018-2021-ci illərdə alınmış 100 halda 3342,5 min manat məbləğdə tibbi avadanlıq, inventar və ehtiyatlar, eləcə də, 2018-ci ildə 2 halda humanitar qaydada verilmiş 622,9 min manat məbləğdə hemodializ avadanlıqları, eləcə də 215 min manat məbləğdə tibbi ləvazimat və dərman vasitələrinin istifadə müddəti bitənədək anbarda istifadəsiz saxlanıldığı müəyyən edilib. Eləcə də, hüquqi aktların tələbləri pozularaq 1,2 mln. manat məbləğində dərman vasitəsinin istifadə təlimatları azərbaycan dilinə tərcümə olunmayıb.
847,9 min manat məbləğində dövlət vəsaitinin akkreditiv hesablara köçürülməsi ilə faktiki olaraq istifadə olunmadığı halda büdcə vəsaitlərinin kassa icrasına aid edilib.
Alınan 144 adda eyni dərmandan tariflər 75 adda dərman üzrə 18,5%- 57,1% daha baha müəyyənləşdirilib.
Mərkəz tərəfindən qiymət intizamına nəzarət edilməyib, bir sıra hallarda obyektiv iqtisadi səbəblər olmadan bəzi malların alınması zamanı daha baha qiymətlər tətbiq olunub, eləcə də auditin əhatə etdiyi illərdə eyni mal üzrə fərqli qiymətlərlə alışlar həyata keçirilib, eyni dərman vasitələri bəzi müqavilələrdə və podratçılardan bir il daxilində fərqli qiymətlərlə alınıb.
Qeyd edilib ki, nəzarət tədbirinin nəticəsi olaraq artıq ödənilmiş 2,2 mln. manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib. Tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin yüksək müəyyənləşdirilməsi halları, eləcədə audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlər və cinayət tərkibinin əlamətlərinin olma ehtimalı nəzərə alınaraq auditin nəticələri barədə müvafiq materiallar Baş Prokurorluğuna göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...