Səfər Mehdiyevə bağlı olan şirkətdə yoxlamalar başladı - Polkovnikin biznesi təhlükədə
Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə bağlığı ilə tanınan məşhur "Duty Free" şirkəti ilə bağlı da araşdırmalara başlanılıb.
GUNDEMİNFO.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nizamnamə kapitalı 10 manat olmasına baxmayaraq, dövriyəsi milyonlarla manat olan "Duty Free.Az" MMC-nin qanuni təmsilçi Aslanov Cavid Aqil oğludur. "Duty Free" biznesi təyyarə bortunda və hava limanlarında rüsumsuz ticarət sistemidir.
Baş verən maxinasiyalarla bağlı artıq araşdırmalar gedir. Bu işi öz şəxsi biznesinə çevirən gömrük oliqarxları da dindirilir. İşin başında duran əsas adamlardan biri isə gömrük xidməti polkovniki Teymurov Arazxan Əbülfət oğlunun olduğu deyilir. O, sabiq sədrlərin dövründə yaxın qohum-əqrabasını gömrük orqanlarında müxtəlif vəzifələrdə yerləşdirməklə bu biznesi özəlləşdirə bilib.
Apardığımız araşdırmaya əsasən, artıq "Duty Free.Az" MMC-nin şirkəti məcburi auditdən yayınmaya görə cərimə olunmaq üçün məhkəmə iddiası qaldırılıb. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək, Xəzər Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zaur Tağıyevin sədrliyi ilə baxılacaq.
İXM-nin 464-cü maddəsində "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
513 dəfə oxundu