Deputat İqbal Məmmədovun üfünət iyi verən biznesi: Lerik və Lənkəran sakinləri şikayət edir (VİDEO)

Deputat İqbal Məmmədovun üfünət iyi verən biznesi:
“Lerik Broyler” MMC-yə məxsus Lebro Quşçuluq Kompleksi Lerikin Piran kəndi başda olmaqla ətraf yaşayış məntəqələrində vəziyyəti dözülməz hala gətirib.

AzToday.az xəbər verir ki, deputat İqbal Məmmədova məxsus müəssisə illərdir tullantı mallarını sanitar normalara zidd qaydada yandıraraq üfünət iyinin yayılmasına səbəb olur.

Sakinlər dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Qida Təhlükəsizliyi agentliyinə şikayət etsələr də, heç bir ciddi tədbir görülməyib.

Şirkətin qanuni təmsilçisi İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlıdır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...