Dünyasını dəyişmiş kimsəsizlərə aid mənzillər mənimsənilib – Coşqun Cəbrayılov keçmiş başçının pozuntularını ört-basdır edir?

Dünyasını dəyişmiş kimsəsizlərə aid mənzillər mənimsənilib –
Ötən yazımızda Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun vəzifədə olduğu dövrlərdə yol verdiyi ciddi qanun pozuntuları barədə diqqətçəkən məqalə yayımlandı. Məqalədə Arif Qasımovun icra başçısı olduğu illərdə sahib olduğu ticarət obyektləri, restoranlar və tikinti şirkətlərinə təzyiq yolu ilə əldə etdiyi çoxsaylı mənzillərdən bəhs olunurdu. Eyni zamanda, o da vurğulanırdı ki, Arif Qasımov yeni çoxmərtəbəli binaların tikintisinə icazə verilməsi müqabilində külli miqdarda rüşvət alsa da, bu günə qədər vəd etdiyi müvafiq sənədləri şirkətlərə təqdim etməyib və bu da iş adamları ilə sabiq başçı arasında ciddi mübahisələrə səbəb olub.
Məqalədə diqqətçəkən məqamalardan biri də Arif Qasımovun köhnə tarixlərə aid saxta sənədlər hazırlatdırması ilə bağlı idi. Əldə olunan məlumata görə, Arif Qasımov bu əməlləri Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid müvafiq sənədləşmə tələblərindən yayınmaq məqsədilə törədib.
Arif Qasımovun şəxsi maraqların təmin olunmasına yönəlmiş fəaliyyətindən bəhs edən yazılarda dəhşət doğuran bir faktdan da bəhs olunurdu. Əldə olunmuş məlumata görə, Arif Qasımov bir neçə il əvvəl özünə ofis tikdirmək məqsədilə şəhid ailəsinə məxsus evə və bu evə aid torpaq sahəsinə göz qoyur. Şəhid ailəsi Qasımovun təklifləri ilə razılaşmır və sonradan qeyri-müəyyən səbəblərdən evlərində yanğın baş verir. Elə bu yanğın da şəhid ailəsinin evdən və torpaqdan məhrum edilməsinə səbəb olur. Araşdırmalar nəticəsində məlum olub ki, qeyd olunan ərazidə həqiqətən də Arif Qasımovun çoxmərtəbəli ofisi yerləşir və o hazırda öz binesini həmin binaddan idarə edir.
Sözügedən məqalədə qeyd olunan faktlara dair müəyyən araşdırmalar apardıq. Məlum oldu ki, Arif Qasımovun icra başçısı olduğu dövrlərdə Nizami rayonunda daha ciddi qanun pozuntularına da yol verilib.
Məsələn, məlumatlı şəxslər iddia edirlər ki, Arif Qasımov Mənzil İstismar Sahələri(JEK) rəhbərlərinin vasitəsilə Nizami rayonunda rus milliyətinə mənsub bir neçə ahıl və kimsəsiz vətəndaşın evini mənimsəyib. Bu işdə Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsində çalışmış Ramsin Abdullayevin fəal iştirak etdiyi də bildirilir. Məlumata görə, kimsəsiz və ahıl vətəndaşlar əvvəlcədən nəzarətə götürülüb və onlar dünyasını dəyişəndən sonra mənzilləri ələ keçirilib. Məsələn, belə dələduzluq hallarına həm 84 saylı, həm də 57 saylı MİS-lərin ərazisində yol verilib. Evlərin mənimsənilmə əməliyyatı barədə məlumatı olan şəxslərin sözlərinə görə, ələ keçirlmiş mənzillər həm 1, həm də 2 otaqlı olub və sonradan onları Arif Qasımovun, eləcə də yaxın ətrafının qohum-əqrabasının adına rəsmiləşdirərək satıblar.
Üzərinə işıq salınmış faktlar əlbəttə ki, Nizami Rayonu İcra Hakimiyyətinin hazırkı başçısı Coşqun Cəbrayılovla da bağlı müəyyən suallar doğurur. Məsələn, məqalədə qeyd olunan və hüquqi müstəvidə məsuliyyət yaradan əməllərə Coşqun Cəbrayılovun münasibəti necədir? Sözsüz ki, o, özündən əvvəlki başçının dövrünə aid sənədlərlə tanış olub və sələfinin fəaliyyəti barədə informasiyalar toplayıb. Mümükün deyil ki, köhnə tarixlərə aid sənədlər, qanunsuz sərəncamlarla qarşılaşmasın. Eləcə də Arif Qasımova rüşvət vermiş tikinti şirkətlərinə müvafiq sənədlərin təqdim olunmaması və onların külli miqdarda ziyan çəkməsini də eşitməmiş deyil.
Sual olunur, bütün bunlardan Nizami Rayonu İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun məlumatı yoxdur? Ola bilməz ki, ona, Arif Qasımovun əməlləri barədə dəqiq məlumatlara sahib olan İcra Hakimiyyəti əməkdaşlarından kimsə xəbər verməsin. Elə isə Coşqun Cəbrayılov nədən bu günə qədər pozuntulara müvafiq orqanların diqqətini yönəltməyə maraq göstərməyib? Niyə Arif Qasımovun dövrünə aid sənədlərin araşdırma predmetinə çevrilməsi istiqamətində konkret addımlar atılmayıb? İnanmaq istəmirik ki, Arif Qasımov hazırkı başçı ilə hansısa bağlar qurub və onun neytrallığını təmin etməyə müvəffəq ola bilib. Elədirsə, onda Coşqun Cəbrayılov göz görə-görə özünü risk altına atıb və sabah şəxsinə ünvanlanacaq, "Niyə bilib məlumat verməmisiz" kimi suallara zəmin yaratmış olub. Əlbəttə bu bir ehtimaldır və düşünürük ki, korrupsioner məmuru himayə etmək, dövlət vəsaitlərinin mənimsənilməsi və saxta sənədlər hazırlanması kimi halları ört-basdır eləmək, yenin dövrün perspektivli kadrı kimi Cosqun Cəbrayılovun prinsiplərinə ziddir. Ümid edirik ki, Coşqun Cəbrayılov ictimailəşmiş maxinasiya hallarına biganə qalmayacaq və qeyd olunan ciddi qanun pozulntuları, o cümlədən şahid ailəsinə məxsus evdə baş vermiş yanğından dərhal sonra həmin ərazidə keçmiş icra başçısının özünə bina tikdirməsilə bağlı yazılara dair müvafiq araşdırmaların aparılmasıa maraq göstərəcək.
Sonda onu da qeyd edək ki, məqalə çapa hazırlanarkən Nizami Rayonu İcra Hakimiyyətindəki mənbədən gundemxeber.az-a maraqlı məlumat daxil oldu. Mənbənin sözlərinə görə, hazırda Prezident Adminstrasiyası tərəfindən İcra Hakimiyyətinə yoxlamalar aparılır. Demək ki, Arif Qasımovun dövrünə aid bütün sənədlər nəzrədən keçiriləcək. Əlbəttə, gerçəklərin üzə çıxarılması üçün Coşqun Cəbrayılovun da üzərinə böyük məsuliyyət düşür. Onun Arif Qasımovun əməllərini malalayacağına inanmaq istəmirik.
Mövzunu davam etdirəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...