40 yaşdan sonra düzgün qidalanmaq vacibdir
Qırx yaşdan sonra qida və spirtli içkilərin istifadəsi ilə bağlı vərdişləri yenidən nəzərdən keçirmək lazımdır.
Mütəxəssislərin fikrincə, bunun səbəblərindən biri yaşla əlaqədar metabolik proseslərin ləngiməsidir. Belə ki, 40 yaşdan sonra zərərli maddələr bədəndən daha pis xaric olunmağa başlayır, toxumaların yenidən qurulması baş verir.
Modern.az tibb saytlarına istinadən xəbər verir ki, bundan əlavə, insulin daha pis istehsal olunur və fermentativ aktivlik azalır.
Bu dəyişikliklər qidanın assimilyasiya proseslərinə təsir edir - xüsusən bu yaş dövründə yağlı qidalar orqanizm tərəfindən daha pis qəbul edilə bilər. Nəticədə, zahirən tanış məhsullar mədə-bağırsaq traktının problemlərini göstərən xoşagəlməz simptomlar yaratmağa başlayır.
Yaşlandıqca və qocaldıqca insan orqanizmində alkoqolun emal üsulu dəyişir. Onun parçalanması zamanı əmələ gələn toksinlərin xaric edilməsi yavaşıyır ki, bu onların orqan toxumalarına mənfi təsirini daha da gücləndirir.
Qırx yaşdan sonra insan öz pəhrizini və həyat tərzini yenidən qurmalıdır. Əks-təqdirdə artıq çəki və digər problemlər bir çox xəstəliklərin yaranmasına və inkişafına səbəb olacaq.
549 dəfə oxundu