Bayden eynicinsli nikahlar haqqında qanunu İMZALADI

Bayden eynicinsli nikahlar haqqında qanunu
ABŞ Prezidenti Co Bayden eynicinsli və irqlərarası nikahların statusunun federal səviyyədə tanınmasını təmin edən qanunu imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Bayden bildirib ki, bu qanun ölkənin hər ştatında irqlərarası və eynicinsli nikahların tanınmasına zəmanət verir.

Qeyd olunub ki, sənəd noyabrın 29-da Senat, dekabrın 8-də isə Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Qanun federal səviyyədə eynicinsli və irqlərarası nikahların hüquqi tanınmasını təmin edir. İndi ABŞ-ın istənilən ştatında eynicinslilərin nikahı qadağan olunsa belə, bu cür münasibətlərin qanuni olaraq tanınması tələb olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...