Zəlzələdə xəsarət alan 10 uşaq Türkiyədən Azərbaycana gətirilib

Zəlzələdə xəsarət alan 10 uşaq Türkiyədən Azərbaycana gətirilib

Bu ilin fevral ayının 10-da Türkiyədən Azərbaycana gətirilən vatandaşlar arasından 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə gətirilib.
GUNDEMINFO.AZ "Report"-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin sektor müdiri Aynurə Zeynalova bildirib.

Onun sözlərinə görə, gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır: "Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hər tərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir".

Nazirlik rəsmisi qeyd edib ki, müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər".

Qeyd olunur ki, həmin uşaqlar Bakıda K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstituna (OMD) yerləşdirilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...