Zəlzələ Azərbaycanda mənzil satışına necə təsir edib? - VİDEO
Azərbaycanda tikilməkdə olan yeni binalarda satılan mənzillərin ya behləri qaytarılır, ya da satış müddəti uzadılır.
GUNDEMİNFO.AZ Xezerxeber.az-a istinadla xəbər verir ki, Türkiyədə baş vermiş genişmiqyaslı dağıdıcı zəlzələdən sonra ölkəmizdə yeni tikilən binalara maraq azalıb.
Əmlakçı Mülkədar Rüstəmov deyir ki, 10-15 gün əvvəl yeni tikilən binalarda mənzil axtarışında olanlardan bu gün xəbər yoxdur. Hətta yeni binadan almaq istədiyi mənzil üçün beh verənlər də qərarlarını dəyişiblər.
Müsahibimiz Hüseyin Ələsgərov da yeni binalardan mənzil almaq fikrindən daşınanlar arasındadır. O, istəyinə uyğun mənzil üçün beh verdiyini deyir. Lakin Türkiyədəki hadisələrin təsirindən mənzildən imtina etmək qərarına gəlib.
Mülkədar Rüstəmov əlavə edib ki, hazırda yeni binalardakı mənzil satışında durğunluq yaranıb. Müştərilərin tələbləri əsasən istismara yararlı köhnə tikililərə və fərdi yaşayış evlərinədir.
Ekspertlər psixoloji təsirlər nəticəsində son günlər ümumiyyətlə bina evlərinə marağın azaldığını, üstünlüyün yalnız həyət evlərinə olduğunu bidiriblər. Bu səbəbdən də hazırda mənzil bazarında satış üstünlüyü fərdi evlərdədir.
Ətraflı videomaterialda:
[/size
1 501 dəfə oxundu