Azərtac işdən çıxardı, jurnalist intihar etmək istəyir

Azərtac işdən çıxardı, jurnalist intihar etmək istəyir
Azərtac-ın keçmiş müxbiri Aygün Əliyeva mediada açıqlama verərək intihar edəcəyini bildirib. Mən o müxbirlə əlaqə saxladım və dedim ki, çalışacağam sənin hüquqlarını müdafiə edim.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında deyib.

“Mən demişdim ki, dövlət qulluqçuları siyasi partiyanın üzvü olmamalıdır. Azərtac isə publik hüquqi şəxsdir və oranın rəhbərliyi siyasi tərəf tuta bilir. Aygün Əliyeva öz adı ilə yox, başqasının adı ilə Operativ Qərargahı tənqid edən yazı yazıb deyə, araşdırıb onu işdən çıxarıblar. Bu qadının siyasi motivlərlə işdən çıxarılması məhkəmə qərarları ilə də görünür. Hesab edirəm ki, məhkəmə sistemində nizam-intizam yaradılmalıdır”, - deyə deputat bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...