Vardanyanın yerinə gətiriləcək namizəddən ilk açıqlama: “Sorosun adamları...”

Vardanyanın yerinə gətiriləcək namizəddən ilk açıqlama:

Qarabağdakı seperatçı rejimin “baş prokuroru” Qurgen Nersisyan “dövlət naziri” vəzifəsini tutmaq təklifi aldığın təsdiqləyib.

GUNDEMİNFO.AZ xəbər verir ki, o, bu barədə “MediaHub”-a müsahibəsində bildirib.

“Mənə təklif gəldi, amma hələ qərar verməmişəm”, - Nersisyan bildirib.

Mətbuatın yazdığına görə, bəziləri Qurgen Nersisyanın adını Soros çevrələri ilə bağlayır, onun tərcümeyi-halında 2020-ci ilin iyulundan 2021-ci ilin fevralına kimi insan haqları sahəsindəki fəaliyyətinə işarə edilir. Bəziləri onun Daniel İoannisyanla isti münasibətini vurğulayırlar. Nikol Paşinyanın da Nersisyanın təyinatını bəyənir.

“Sorosun adamları öz sifarişçiləri ilə birlikdə belə saxta xəbərlər yayırlar. Ancaq yaxşı ki, palçıq atmaq üçün başqa səbəblər tapmadan belə şeylər icad etməyə başlayırlar. İndi bu dəbdədir: başqa heç nə tapılmırsa, o zaman deyirlər ki, filankəs Sorosun adamıdır”, - deyə o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...