Hatayda 15 bina tikib, zəlzələdə heç biri dağılmayıb - FOTO
Xəbər verdiyimiz kimi, fevralın 6-sı Türkiyədə baş vermiş dağıdıcı zəlzələlər minlərlə binanı yerlə-yeksan edib. Minlərlə insan yaşadıqları binaların dağıntıları altında qalaraq həyatlarını itiriblər. Amma bölgədə zərər görməyən binalar da var.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən məlumatına görə, 2004-cü ildə Antakyada Ergüvenoğlu ailəsi tərəfindən inşa edilən 3 ictimai və 12 yaşayış binası da dağılmayan binalar arasındadır. Zəlzələ nəticəsində bu binalarda nə dağıntı, nə də insan itkisi olub.
İnşaat mühəndisi Mustafa Ergüvenoğlu binaları qaydalara uyğun tikdiklərini bildirib. Onun sözlərinə görə, reputasiyasını tanıdığı və işlərini layiqincə yerinə yetirdiklərinə inandığı podratçılar dağıntılar altında qalaraq ölüblər:
“Şübhəsiz ki, işini vicdansızcasına yerinə yetirən insanlar var, amma tanıdığımız və işindən əmin olduğumuz insanların tikdikləri binaların altında qalaraq öldüyünü görəndə ya mühəndisin layihə xətası, ya da yerin tədqiqatını aparan geoloqun səhvi olduğunu düşündüm. Biz mühəndisik, amma ustalarımız da çoxdur. Tətbiqlərdə gözdən qaçan xəta baş verə bilər. Lakin bu o demək deyil ki, biz məsuliyyət daşımırıq.
Elmə inanan atam mənim ən böyük bələdçim olub. Tikintiyə başlamazadan öncə gözlədik ki, heç nə əskik olmasın. Atam həmişə bizə deyirdi ki, “Oxumağa ehtiyac yoxdur, təmizlik işçisi ola bilərsən, amma küçəni təmizləyəndə elə et ki, oradan bircə zibil də çıxmasın”. “Nə iş görürsənsə, ən yaxşısını et” şüarı ilə böyüdük. Heç bir canlının bizim tərəfimizdən zərər görməməsi üçün çalışdıq”.
O, Antakyada dağılan binaların altında yaxınlarının da qalaraq həyatını itirdiklərini, inşa etdiyi binalarda yaşayan insanlardan isə sadəcə xeyir-dua zəngləri aldıqlarını sözlərinə əlavə edib.
Xatırladaq ki, Türkiyənin 10 vilayətində qeydə alınmış zəlzələlər nəticəsində ölənlərin sayı 43 556 nəfərə çatıb.
600 dəfə oxundu