50 manata görə işdən çıxarılan fotoqraf “Qarabağ”a qayıdır?

50 manata görə işdən çıxarılan fotoqraf “Qarabağ”a qayıdır?
“Qarabağ”ın işdən çıxarılan fotoqrafı Elmir Kərimov kluba qayıda bilər.

GUNDEMİNFO.AZ Oxu.az-a istinadla xəbər verir ki, ötən gün Ağdam təmsilçisinin rəsmiləri ilə fotoqraf arasında görüş baş tutub. Burada məsələ aydınlaşdırılıb. Elmirə bildirilib ki, arada yanlış anlaşılma olub, ona heç kim klubdan getməsini deməyib. Bu, fotoqrafın öz seçimi olub. Kərimova yenidən işinə qayıtmaq təklif edilib.

Elmir son qərarını vermədiyini söyləyib. Klub rəhbərliyinə təşəkkürünü bildirən fotoqraf yekun cavab vermək üçün qarşı tərəfdən vaxt istəyib.

Bir neçə ildir, “Qarabağ”da çalışan Kərimov bu yaxınlarda işdən ayrılmışdı. O, mətbuata açıqlamasında bildirib ki, klubu tərk etməsinə səbəb oyunlar üçün aldığı qonorarın 50 manat azaldılmasıdır.

Elmir Kərimov fiziki məhdudiyyətlidir. 50 manata görə klubun onu işdən kənarlaşdırması müzakirələrə səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...