“Qəbiristanlıqlarda monitorinq aparmışam, pensiya yaşı azaldılmalıdır”

“Qəbiristanlıqlarda monitorinq aparmışam, pensiya yaşı azaldılmalıdır”

“Mən yaslarda oluram, o cümlədən qəbiristanlıqlarda monitorinq aparmışam. Son illər həyatını itirənlərin əksəriyyəti 57-62 yaş arasındadır, 65 yaşdan sonra vəfat edən azdır”.

GUNDEMİNFO.AZ APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.
Razi Nurullayev Ombudsmanın illik məruzəsində qadınlar üçün əmək pensiyasına çıxma yaşının azaldılmasının təklif edildiyini xatırladıb:
“Mən bu təklifi dəstəkləyirəm. Qadınlar üçün pensiya yaşının 60 yaş, kişilər üçün isə 62 yaş olmasını təklif edirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...