Zəlzələdən sonra istanbullular Çekmeköy rayonuna köçürlər - FOTO

Zəlzələdən sonra istanbullular Çekmeköy rayonuna köçürlər - FOTO
Türkiyədə baş verən zəlzələlərdən sonra Mərmərə bölgəsində və xüsusilə də İstanbulda gözlənilən zəlzələ səbəbindən insanlar daha etibarlı yerlərə köçməyə başlayıblar.

Əsas tələb şəhərin Çekmeköy ərazisinədir. Ərazidə daşınmaz əmlak kirayəsi ilə məşğul olanların sözlərinə görə, rayona 1999-cu il zəlzələsindən bəri tələbat var. Bu, son zəlzələlərdən sonra daha da artıb, amma kirayə mənzillər o qədər də çox deyil.

İnsanlar xüsusilə, Üsküdar, Kadıköy, Sultanqazi rayonunda evlərini kirayə verib bu əraziyə gəlirlər.

Bununla yanaşı, tələbatın 40 faizini rayonlararası, 60 faizini isə şəhərkənarı ərazilər təşkil edir. İnsanlar xüsusilə Qara dəniz ətrafı ərazilərə, zəlzələ riskinin az olduğu Kırklareli başda olmaqla, Ədirnə və Tekirdağ kimi vilayətlərə köçürlər.
Zəlzələdən sonra istanbullular Çekmeköy rayonuna köçürlər - FOTO


Mənbə: Milliyet



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...