Mədəniyyət Nazirliyinə yeni mətbuat katibi təyin olunub

Mədəniyyət Nazirliyinə yeni mətbuat katibi təyin olunub

Tanınmış jurnalist Aynur Kərimova Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri təyin edilib.

"Report" xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.

A.Kərimova artıq bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Aynur Nurəddin qızı Kərimova Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisası üzrə bakalavr, magistr və aspirantura təhsili alıb. O, müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.

2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. 2022-ci il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupda fəaliyyət göstərir. O, “Texnopolis”, “Sima” sənədli media layihələrinin müəllifidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il dekabrın 22-də imzaladığı sərəncamla mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edilib. Eyni zamanda, nazir səlahiyyətlərinin icrası ona tapşırılıb.

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini Nuridə Allahyarova icra edirdi. O, fevral ayında işdən çıxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
799 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...