Qətlindən əvvəl əri ilə bağlı videonu yaxınlarına göndərib

Qətlindən əvvəl əri ilə bağlı videonu yaxınlarına göndərib

Mayın 7-nə keçən gecə Abşeron rayonu, Novxanıda yerləşən bağ evində tanınmış plastik cərrah Türkan Gündüzün həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı yeni iddialar yayılıb.

"Qafqazinfo” xəbər verir ki, mərhum həkimin ölümündən bir neçə gün əvvəl həyat yoldaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüzün ona xəyanət etməsi ilə bağlı yaxınlarına məlumat verdiyi bildirilir. Belə ki, iddiaya əsasən, Türkan ərinin evdə çalışan xidmətçi qadınla münasibətini əks etdirən görüntüləri onlara göndərib. Bağ evində çəkildiyi ehtimal edilən həmin video dünən gecədən sosial mediada yayılıb.

Hadisənin bu görüntülərlə bağlı olub-olmaması, cinayətin konkret hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda açılmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, ixtisaslı cərrah olan və son illərdə plastik cərrah kimi daha çox tanınan Türkan Yafəs qızı Gündüzün (Hacıyeva) 14 il əvvəl özündən 15 yaş böyük Muhammet Gündüzlə ailə qurduğu və bu izdivacdan iki qızlarının olduğu bildirilir. Ailədən indiyədək ciddi problemin yaranmadığı, cütlüyün ilin bir hissəsini Türkiyədə, qalan hissəsini Bakıda keçirdiyi bildirilir. T. Gündüz sosial şəbəkə hesablarında da həyat yoldaşı və ailəsi ilə bağlı tez-tez paylaşımlar edib.

Türkan Gündüz bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə "Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda "City Hospital” klinikası olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...