İranın etirazçı qadınları "Freedom House" mükafatına layiq görülüb
İranın etirazçı qadınları azadlıq və demokratiya uğrunda davamlı, fədakar mübarizəsinə görə ABŞ-ın siyasi və vətəndaş azadlıqlarını dəstəkləyən “Freedom House” qeyri-hökumət təşkilatının 2022-ci il üzrə mükafatı ilə təltif olunublar.
“Report” “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə təşkilatın başçısı Maykl Abramoits bildirib.
O, mükafatın təqdim edilmə mərasimində İranın etirazçı qadınlarının inanılmaz cəsarətindən danışaraq qeyd edib: “Həyatın bütün təbəqələrindən olan iranlı qadınlar insan hüquqlarının pozulması və repressiyalarla tez-tez üzləşirlər. Onlar azadlıq uğrunda cəsarətli mübarizəsini beynəlxalq ictimaiyyəti dəstəkləməlidir”.
Mərasimdə çıxış edən ABŞ-ın dövlət katibi Antoni Blinken deyib ki, yüz minlərlə iranlı qadın, ən amansız repressiyalara baxmayaraq, aylardır öz həmkarlarının dəstəyi ilə konstitusiya hüquqlarını tələb edir.
Dövlət katibi ABŞ-ın İran xalqının internetə çıxışına kömək etmək üçün göstərdiyi səylərə toxunaraq, bunu etirazçıların ölkə daxilində insan hüquqlarının pozuntuları barədə məlumat verməsi üçün mühüm alət adlandırıb.
Təşkilatın illik mükafatına Rusiya Prezidenti Vladimir Putin hakimiyyətinə qarşı mübarizə aparan, rusiyalı məşhur jurnalist, publisist, 25 il həbs cəzasına məhkum edilmiş Kara-Murza da layiq görülüb.
Xatırladaq ki, bu mükafat demokratiya, siyasi azadlıqlar və insan haqlarının tədqiqi, təşviqi sahəsində fəaliyyət göstərən, azadlıq və demokratiyanın yayılmasında çalışan görkəmli şəxslərə təqdim edilir.
595 dəfə oxundu