Məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı AÇIQLANDI

Məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 939 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

İdarədən ğbildirilib ki, onlardan 1 029 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 910 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Onu da qeyd edək ki, məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...