İnsan alverinin qurbanları aşkarlanacaq

İnsan alverinin qurbanları aşkarlanacaq
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə avqust ayından etibarən “İnsan alveri qurbanları üçün sığınacaqların potensialının artırılması” layihəsinin icrasına başlayıb.

Layihənin icra müddəti 3 ay, layihənin büdcəsi 10.000 AZN-dir. Layihənin əsas tərəfdaşı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsidir.

Layihənin icra yeri “Təmiz dünya” QYİB-nin nəzdində fəaliyyət göstərən gender əsaslı zorakılıq qurbanları üçün sığınacaqdır. Layihə üzrə nəzərdə tutulan fəaliyyətlər aşağıdakılardır:

*Layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması;

*Tərəfdaş dövlət qurumuna layihə ilə bağlı məlumatın verilməsi;

*3 ay ərzində 0-60 yaş arası, 30 nəfər potensial, ehtimal edilən və insan alveri qurbanlarının aşkarlanması, xidmətə cəlb etmə.

*Müəyyən edilmiş insan alveri qurbanlarının Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinə
istiqamətləndirilməsi;

*3 ay ərzində 30 nəfər sakin üçün 8 müxtəlif mövzuda təlimlərin keçirilməsi.

Təlim mövzuları “Hüquqlarını bil”, dövlət qurumlarına müraciət qaydaları, həssas qruplar üçün xidmətlər haqqında məlumatlar, şikayət etmə prosedurları, emosiyaların idarə edilməsi, aqressiyanın idarə edilməsi, SV yazma, özünü təqdim etmə, xidmət almış şəxslərin inteqrasiya prosesinə dəstəyin göstərilməsini əhatə edəcək.


İnsan alverinin qurbanları aşkarlanacaq



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...