Azərbaycanda məktəbyaşlı 11 qız 3-cü dəfə ana olublar

Azərbaycanda məktəbyaşlı 11 qız 3-cü dəfə ana olublar
Ötən il Azərbaycanda 15-17 yaşlı analar (məktəbyaşlı) tərəfindən 2 011 uşaq doğulub.
Ekonominfo.az xəbər verir ki, 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların 638-i şəhər yerlərində, 1 373-ü isə kənd yerlərində doğulub.
15-17 yaşlı analar tərəfindən doğulanların 1 880-ni ananın ilk uşağı, 120-si ananın ikinci uşağı, 11-i isə ananın üçüncü uşağı olub. 3 üşağı olan 15-17 yaşlı anaların hamısı şəhərlərdə yaşayır.
15-17 yaşlı analar tərəfindən doğulan uşaqların 94,5%-nin və ya 1 900 uşağın valideyinlərinin rəsmi nikahı olmayıb.
Bundan başqa Azərbaycanda 18-19 yaşlı 15 ananın 4-cü, 8 ananın isə 5-ci dəfə övladı dünyaya gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...