Kişilərə xəbərdarlıq: Məşhur içki sizi qadına oxşada bilər

Kişilərə xəbərdarlıq:
“Kişilər arasında ən məşhur içkilərdən biri olan pivə qadın hormonlarının artmasına kömək edir, bununla da libidoya zərər verir”.

Bu barədə rusiyalı qastroenteroloq Yevgeni Belousov xəbərdarlıq edib.

O, pivəni çox içən kişilərin qarınlarının böyüməsinə diqqət çəkib.

Həkimin sözlərinə görə, qarında yığılan piy bədəndə testosteronun səviyyəsini azaldır, eyni zamanda qadın hormonları estrogen səviyyəsinin artmasına təkan verir, bu isə birbaşa kişi libidosuna təsir edir.

“Həmçinin, estrogenin artması səbəbindən kişilərdə jinekomastiya - süd vəzilərinin böyüməsi inkişaf edir”, - deyə Belousov aydınlaşdırıb.
Bundan əlavə, Y.Belousovun sözlərinə görə, pivənin tərkibində qaraciyərə, sinir sisteminə zərərli olan alkoqol və qadın hormonlarının analoqları olan fitoestrogenlər var.

Ekspert kişilərə menyudan soya və onun məhsullarını (soya südü, tofu, soya sousu və yağı) çıxarmağa da çağırış edib. O qeyd edib ki, çoxları bu məhsulları faydalı hesab edir. Bununla belə, soya pivə kimi, kişilərdə testosteron sintezinə mənfi təsir göstərən fitoestrogenləri ehtiva edir.

Sonda Y.Belousov kişilərə dəmir qablarda konservlərdən imtina etməyi də tövsiyə edib. Mütəxəssisin sözlərinə görə, bu dəmir uzun müddət saxlandıqda və içindəki maye ilə təmasda olduqda zərərli bisfenol maddəsini buraxmağa başlayır. Bu maddə də müntəzəm şəkildə bədənə daxil olanda pivədəki kimi mənfi təsir göstərir.

Mənbə: Lenta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
395 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...