“Samsung” sürücüsüz avtomobillərlə bağlı qərar verdi

[img]https://cdn.oxu.az/uploads/W1siZiIsIjIwMjQvMDUvMTIvMTQvNDkvNTQvMzcxZWY3MDctYWY2OC00MzMyLWFhNGQtMjdkMmJkODJkOWVjL0RlQXZFalJWQUFBbEpwcy5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQxMyMiXV0?sha=ac7033ba2a5e0b90[/img]
“Apple” bu yaxınlarda on illik sınaqlardan sonra sürücüsüz elektrik avtomobili yaratmaq planlarından imtina edib.

Oxşar addımı Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası da atıb.

Məlumata görə, avtonom idarəetmə sistemlərinin inkişafına cavabdeh olan “Samsung”un Qabaqcıl Texnologiya İnstitutu (SAIT) belə avtomobilləri öz layihələri sırasından çıxarıb. Bu sahədə rəqabət çox yüksəkdir və ənənəvi avtomobil istehsalçılarının uğur qazanmaq üçün imkanları daha çoxdur. Beləliklə, “Samsung”un ambisiyalarından əl çəkməsi təbii addımdır.


Bildirilib ki, bundan sonra şirkətin maddi və insan resursları robot texnikasına yönləndiriləcək.

Mənbə: gazeta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...