Azərbaycanda ünvanlı yardım üçün 22 min ailə müraciət edib

Azərbaycanda ünvanlı yardım üçün 22 min ailə müraciət edib


Hazırda Azərbaycanın müxtəlif regionlarında 22 minədək ailə ünvanlı sosial yardım üçün əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov qeyd edib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün 20 milyon manatın ayrılması haqqında sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirməyə imkan verəcək.

Onun sözlərinə görə, hazırda ünvanlı sosial yardım alan ailələrin payı 5,1 faiz təşkil edir: "Əlavə 20 milyon manat hesabına bu göstərici 6 faizədək artırılacaq"

Nazir əlavə edib: "Ötən həfətdən başlayaraq yerlərdə müraciətləri öyrənən əməkdaşlarımızı regionlara göndərmişik. Bu sahədə ən vacib məsələ şəffaflığın artırılmasıdır ki, bu da ünvanlı sosial yardım üçün elektron müraciət sisteminin tətbiqi hesabına təmin ediləcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 082 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...