Rəşad Məciddən deputatlığa namizədlərə ÇAĞIRIŞ

Rəşad Məciddən deputatlığa namizədlərə
“Sosial mediada reklam həm ödənişsizdir, həm də sərfəli”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Milli Məclisə seçkilərlə əlaqədar sosial şəbəkə hesabında yazıb.

“Namizədlər və gələcək deputatlar üçün ən yaxşı təbliğat yeri media subyektlərində çıxışlar etməkdir”, - deyə MŞ sədri qeyd edib.

R.Məcid seçkilərdə iştirak edən namizədləri ödənişli təbliğat vasitələrindən istifadə etməyə, media subyektləri ilə əməkdaşlığa çağırıb.

Qeyd edək ki, sentyabrın 1-də keçirilən VII çağırış Milli Məclisə seçkilərdə iştirak edən namizədlərin təşviqat kampaniyasına bu gün start verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
317 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...