Elnur Nağızadə dələduzluqda ittiham olunur - 150 minlik mənimsəmə

Elnur Nağızadə dələduzluqda ittiham olunur -


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib.

Bu barədə Nizami Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov prokurorluğa müraciət edərək 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O bu ilin yanvar ayında vəzifəsindən azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
938 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...