Dünyanın ən "alkaş" xalqı məlum oldu. Rusiyalılar ikinci yerdədir- ARAŞDIRMA

Dünyanın ən "alkaş" xalqı məlum oldu. Rusiyalılar ikinci yerdədir-


Euromonitor İnternational Strateji Araşdırmalar Mərkəzi dünyada ən çox spirtli içki içilən ölkələri müəyyənləşdirib.

Gundeminfo.az trend-ə istinadən xəbər verir ki, araşdırmanın nəticəsi kimi, dünyada ən çox alkoqol qəbul edən xalq kimi Cənubi Koreya vətəndaşları göstərilir. Koreyalılar həftə ərzində orta hesabla 13,7 alkoqol porsiyasını qəbul edirlər.

Cənubı Koreyadan sonra 6,3 porsiyayla rusiyalılar durur. Reytinqin ücüncü yerində isə filippinlilərdir (5,4 porsiya).

Siyahıda Filippindən sonra Tailand (4,5), Yaponiya (4,4), Bolqarıstan (3,9), Ukrayna (3,9), Slovakiya (3,8), Braziliya (3,6), ABŞ (3,3) yer alıb.

Alkoqolun bir porsiyası 340 qram turş çaxır və ya pivə, 140 qram yüksək dərəcəli çaxır və ya 42 qram araq ya digər yuksək dərəcəli alkoqollu içki.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 010 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...