İŞİD Facebook və Twitter yaradıcılarını hədələyib

İŞİD Facebook və Twitter yaradıcılarını hədələyib


"İslam Dövləti" (İŞİD) terror təşkilatı Facebook və Twitter yaradıcılarını - Mark Tsukerberq və Cek Dorsini hədələyib. Trend "Gazeta.ru"-ya istinadən xəbər verir ki, İŞİD bununla bağlı "Telegram" mesencerində xüsusi videoçarx da yayımlayıb.

Videoda İŞİD-in bayrağı göstərilir, Facebook və Twitter rəhbərlərinin şəkilləri üzərinə güllə izləri və qanlı fon əlavə olunub. Müəlliflər bildiriblər ki, "İslam Dövləti"nə aid səhifələr bu sosial şəbəkələrdən silindiyi halda, M.Tsukerberq və C.Dorsinin məhv ediləcək.

Videoçarxda deyilir ki, İŞİD təmsilçiləri Facebook üzərindəki 10 min akkaunt və Twitter-dəki 150 qrup və 5 min mikrobloqları artıq dəyişdiriblər. Daha əvvəl Twitter elan edib ki, "İslam Dövləti" təşkilatının təbliğ və dəstəyinə görə 125 min akkaunt (profil) dondurulub. Terror təşkilatının üzvləri isə deyirlər ki, hər bir mikrobloqun silinməsi 10 yeni bloqun yaranması ilə nəticələnəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...