47 yaşlı iş adamının ürəyi dayandı

47 yaşlı iş adamının ürəyi dayandı

Lənkəran çay emalı fabrikinin direktoru Rəşid Quliyev vəfat edib. APA bildirir ki, 47 yaşlı Rəşad Quliyev ürək tutmasından dünyasını dəyişib. Lənkəranın Haftoni qəsəbəsində yerləşən çay emalı fabrikinin direktoru vəzifəsində çalışan R.Quliyevin bölgədə çayçılığın inkişafında xidmətlərinin olduğu bildirilir.

Onu da qeyd edək ki, R.Quliyev Qafqaz Çay Assosiasiyasının prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elm Mərkəzinin direktoru, professor Fərman Quliyevin oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 037 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...