Keçmiş nazir yeni işindən danışdı: “Çətin oldu”

Keçmiş nazir yeni işindən danışdı: “Çətin oldu”


Sabiq maliyyə naziri Əvəz Ələkbərov pedaqoji fəaliyyəti ilə bağlı məlumat verib.

GUNDEMİNFO.AZ Xəbər verir ki, modern.az-a müsahibə verən eks-nazir fəaliyyətinin ilk günlərində çətinlik çəkdiyini gizlətməyib:

“Bir-iki gün mənə çətin oldu. İndi isə heç bir problem yoxdur. Burada idarəetmə və universitet rəhbərliyi ilə əlaqələrdə heç bir çətinlik yaşanmır. Tədrislə bağlı proseslərə girişmişəm və kollektivə tam alışmışam. Kollektiv məni qəbul edir, professor, müəllim heyəti arasında hörmətim var. Onların da mənim kimi bir adamın bu kollektivdə olmasına ehtiyacları var. Artıq kafedramızın iki iclasını keçirmişik. Bir çox məsələlər üzrə işçi qruplar yaratmışıq. Hər şey normaldır, heç bir çətinlik yoxdur”.

Xatırladaq ki, Ə.Ələkbərov bu ilin fevralında Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsində Maliyyə və maliyyə institutları kafedrasının müdiri təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...