Ötən il Azərbaycanda 624 nəfərə alimlik dərəcəsi verilib

Ötən il Azərbaycanda 624 nəfərə alimlik dərəcəsi verilib


Ötən il Azərbaycanda 81 alimə elmlər doktoru, 543 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi, 59 nəfərə professor, 323 nəfərə isə dosent adı verilib. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında” hesabatda qeyd edilib. Hesabatda bildirilib ki, alim və mütəxəssislərə sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara faydalı modelə və sənaye nümunələrinə dair 111 patent verilib.

Hesabat ilində 20-yə yaxın elm-tədqiqat işinin nəticələri istehsalatda tətbiq edilib. Ötən il yeni yaradılan, azot və fosfor tərkibli “Azofos” gübrəsinin Abşeron və Qəbələdə müxtəlif yem bitkilərində tətbiqi nəticəsində məhsuldarlıq 40 faiz artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
943 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...