Azərbaycanda 17165 tələbə oxuduğu ali məktəbdən xaric olunub
Son 23 il ərzində Azərbaycanda ali və orta ixtisas məktəblərindən xaric edilən tələbələrin statistikası açıqlanıb. GUNDEMİNFO.AZ «Trend» agentliyinə istinadən xəbər veriur ki, "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminə 2015-ci ilin 25 noyabr tarixinə qədər təhsil müəssisələri tərəfindən tələbə kontingentinin idarə edilməsi üzrə daxil edilmiş məlumatlara əsasən, ötən dövr ərzində Azərbaycanda ali və orta ixtisas səviyyəsi üzrə 7488 tələbə akademik borca, 6174 nəfər digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar məktəbdən xaric edilib.
Məlumatlara görə, 17165 tələbə isə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və öz xahişi ilə tələbələr sırasından xaric edilib. Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar 7574 tələbə məktəbdən xaric edilib. Son 23 ildə 2334 nəfər təkrar kursda saxlanılıb, 22391 nəfər məktəbə bərpa edilib, bu müddətdə 1876 tələbə ixtisas dəyişməklə, 1711 tələbə təhsil alma formasını dəyişməklə tələbələr sırasına bərpa edilib.
SABAH proqramı ilə əlaqədar köçürülmə ilə bağlı 292 tələbə xaric olunub.
928 dəfə oxundu