Bakıda iki sahibkara 470 min dollar "atdılar"

Bakıda iki sahibkara 470 min dollar "atdılar"


İki sahibkar polisə müraciət edərək, eyni şəxs tərəfindən külli miqdarda pullarının ələ keçirildiyini bildiriblər.

Musavat.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakinləri 1956-cı il təvəllüdlü Əli AllahVerdizadə və 1959-cu il təvəllüdlü Sahib Umudov 2007-ci ildə Namiq adlı şəxsə hərəsi 235 min dollar pul veriblər. Lakin Namiq adlı şəxs onların etibarından sui-istifadə edərək, pullarını qaytarmayıb.

Hər iki sahibkar 9 ildir ki, pullarını istədikləri Namiq adlı şəxsin müxtəlif bəhanələri ilə qarşılaşırlar. Aldadılan sahibkarların 470 min dolları iş qurmaq məqsədi ilə Namiq adlı şəxsə verdikləri bildirilir. Şikayətlə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...