Pərviz Həşimlinin atası: "Əfv olunacağına ümüd edirik"
“Pərviz Həşimlinin Novruz bayramında əfv ediləcəyinə ümüd edirik”
Bu sözləri Lent.az-a jurnalistin atası Kamran Həşimov deyib.
O, bildirib ki, bu il dəfələrlə Pərviz Həşimli ilə bağlı prezidentə müraciət edib: “ Bildiyiniz kimi, Pərvizi şərləyərək həbs etdirən sabiq nazir Eldar Mahmudov va intihar edən İlqar Əliyev olub. Pərviz yazılarında həmişə MTN- nin elədiyi əməlləri ortaya qoyub. Ona görə, onu şərləyib həbs etdirdilər. Pərvizin və onlar tərəfindən şərlənən insanların hamısının ahı onları tutdu. Mən ümüd edirəm ki, Novruz Bayramı ərəfəsində cənab prezidentimiz İlham Əliyev humanistlik prinsiplərini rəhbər tutaraq Pərvizi əfv edəcək”.
Kamran Həşimov onu da qeyd edib ki, Pərvizin özü də, ailəsi də prezidentə müraciət edib.
Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
1 033 dəfə oxundu