Pərviz Həşimli prezidentə təşəkkür etdi

Pərviz Həşimli prezidentə təşəkkür etdi


Prezident İlham Əliyevin əfv sərəncamı ilə həbsdən azad edilmiş jurnalist Pərviz Həşimli bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən evə buraxılıb.

Pərviz Həşimli əfv edilməsinə görə ölkə başçısı İlham Əliyevə, eyni zamanda həbsdə olduğu zaman onu müdafiə edən beynəlxalq təşkilatlara və jurnalistlərə təşəkkür edib.

"Azadlıq mənim haqqım idi. Həm yerli, həm də beynəlxalq ictimaiyyət mənim keçmiş MTN-dəki mütəşəkkil cinayətkar dəstə tərəfindən şərlənərək həbs olunduğumu bilirdi. Bu gün mənim azadlıq haqqım özümə qaytarıldı. Bunun üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. Bundan başqa mənə dəstək olan beynəlxalq təşkilatlara, mənim azad edilməyim üçün müraciət etmiş 9 millət vəkilinə, jurnalistlərə, ümumiyyətlə mənə dəstək olan hər kəsə təşəkkür edirəm", -deyə Pərviz Həşimli qeyd edib.(Avropa.info)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
974 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...