Vaqif Əsədov: Mənim dava edən vaxtım deyil – FOTO

Vaqif Əsədov: Mənim dava edən vaxtım deyil –

“Motosikl idarə edənlərlə görüşmüşəm”. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin (DYPİ) bölmə rəisi, polkovnik Vaqif Əsədov sosial şəbəkələrdə yayılan və baykerlə mübahisə etdiyi iddia olunan fotoya münasibət bildirib.
GUNDEMİNFO.AZ xəbər verir ki, bölmə rəisi “Report”-a bildirib ki, mübahisə etməsi ilə bağlı yayılan söhbətlər yalandır:


“Ola bilər ki, dostlarımız ya zarafat üçün, ya da şou yaratmaq məqsədi ilə bu fotonu paylaşıblar. Mənim mübahisə etməyə nə vaxtım var, nə də vəzifəm buna imkan vermir. Məgər, mənim qanun çərçivəsində işimi görmək bacarığım yoxdur ki, kiminləsə mübahisə edim?! İndi mənim dava edən yaşım deyil. Mən orada motosikl idarə edənlərlə görüşmüşəm. Görüşümüz çox maraqlı olub. Onlara təlimat verdim və motosikl idarə etməyin qaydaları barədə qarşılıqlı söhbətlər etdik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
974 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...