Azərbaycan DÇ-2026-nın namizədləri sırasında

Azərbaycan DÇ-2026-nın namizədləri sırasında


Azərbaycan növbəti dünya çempionatına ev sahibliyi edə bilər. İndiyədək güləş, boks, bədii gimnastika və digər idman növləri üzrə mundiallara ev sahibliyi edən ölkəmiz futbol üzrə dünya çempionatı keçirmək iddiasındadır. Bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb. Uruqvayın DÇ-2030-a namizədliyinə münasibət bildirən İnfantino qeyd edib ki, ilk növbədə 2026-cı ildə keçiriləcək yarışı düşünmək lazımdır. Onun sözlərinə görə, artıq iddiaçı ölkələr də bəllidir.

Belə ki, bu ölkələr sırasında Azərbaycanla Türkiyənin birgə ev sahibliyi etmək istəyi də var. Həmçinin, Kanada, Meksika, Kolumbiya, Mərakeş, ABŞ, İngiltərə, Qazaxıstan, eyni zamanda, Avstraliya ilə Yeni Zelandiya birlikdə mundialı qəbul etmək arzusundadırlar. Amma bu iddiaçıların heç də hamısı müraciətlərini hələlik rəsmiləşdirməyiblər. Qeyd edək ki, DÇ-2018 Rusiyada, DÇ-2022 Qətərdə keçiriləcək. Azərbaycan isə AVRO-2020-nin final mərhələsinin 4 oyununa ev sahibliyi edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...