Söhrab Tahirin ikinci ayağı da amputasiya olunacaq

Söhrab Tahirin ikinci ayağı da amputasiya olunacaq


Azərbaycanın xalq şairi Söhrab Tahir ikinci dəfə əməliyyat olunacaq. Şairin ikinci ayağı da amputasiya ediləcək.

Bu barədə "Report"a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, hazırda vəziyyəti stabil olan Söhrab Tahirin ayaqlarında çürümə ("qanqrena") gedir: "Bu səbəbdən, həkimlər şairin sol ayağının da amputasiya ediləcəyini bildirib". Əməliyyatın yaxın günlərdə keçiriləcəyi nəzərdə tutulub. Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib. Xatırladaq ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...