Rusiya mediasındakı ermənilər - Böhtan yayanların adları

Rusiya mediasındakı ermənilər -


Region TV cəbhə bölgəsindəki xəbərləri qeyri-obyektiv şəkildə və ermənilərin tərəfini tutaraq çatdıran Rusiyanın media resursları ilə bağlı araşdırma aparıb.

"Qafqazinfo" xəbər verir ki, araşdırma nəticələri göstərir ki, Rusiyanın önəmli media qurumlarının rəhbər vəizfələrində çalışanların əksəriyyəti ermənilərdir. Araşdırma da o da qeyd edilir ki, bu sadəcə aysberqin görünən tərəfidir. Bu və digər media qurumları özlərini Erməni təbliğatının bir vinti kimi təqdim etməkdən çəkinmirlər.

Araşdırma nəticələri:

1.Aram Qabrelyanov - "Life News" agentliyi - "Baltiskaya mediaqrup" Holdinqin prezidenti
2.Artur Canibekyan - NTV - "QazProm" Media Holdinqin rəhbər şəxsi
3.Marqarita Simonyan - "Ria Novosti" - "Rossia Today"in baş redaktoru
4.Sarkis Saturyan - REGNUM - şef-redaktorun muavini
5.Anna Admyan - "Exo Moskvi"nin internet redaktoru
6.Arseniy Oqanesyan - "İzvestiya" - baş redaktor
7.Aleksandr Qasparyan - "Dni.ru" - siyasi şöbə

Rusiyanın əksər media orqanlarının Azərbaycana qarşı açıq böhtan kampaniyası apardığı vaxtda, biz niyə diaspor üzvlərimizin səsini eşitmədik. Niyə sayca ermənilərdən bir neçə dəfə çox olan Azərbaycan icması bu yalanlara, iftiralara etiraz səsini yetərincə ucaltmadı? Düzdür, imkanlar da bərabər deyil, amma günah bir az da özümüzdədir. Düşmən Rusiyanın, başqa ölkələrin media orqanlarında, dövlət strukturlarında özünə yer etməyə çalışanda, biz bazarlarda pul qazanmağın asan yolunu axtarmışıq. Bunu nə qədər tez etiraf edib səhvimizi düzəltməyə çalışsaq, bir o qədər xeyrimizə olar.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
962 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...