Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə əməkdaşlıq imkanı

Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə əməkdaşlıq imkanı


Azercell Telekom MMC ölkədə təhsilin inkişafı ilə baglı layihələrini davam etdirir. Şirkət bu dəfə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ofisində baş tutan imzalanma mərasimində Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları Departamentinin rəhbəri İmran Bağırov çıxış ediblər. Azercell-in prezidenti Vahid Mürsəliyev bildirib ki, bu yeni əməkdaşlıq Universitet tələbələrinin texnoloji innovasiyalara yaxın olmasına və gələcəkdə uğurlu biznes qurmasına dəstək olaraq, Barama mərkəzində yeni uğurlu layihələrin həyata keçirilməsinə zəmin yaradacaq. Fəaliyyət göstərdiyi 19 il ərzində Azercell Telekom MMC-nin Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə hər zaman dəstək verdiyini söyləyən şirkət prezidenti Azercell-in bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirdiyini vurğulayıb.

Yeni əməkdaşlıq memorandumu əsasında Azercell şirkəti ilə Univeristet arasında əsasən elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə kursların təşkili, təşkilatlarda keçirilən elmi-texniki tədbirlərdə birgə iştirakın təmin olunması nəzərdə tutulub. Eyni zamanda əməkdaşlıq şəraitində Universitetin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsi, Azercell tərəfindən həyata keçirilən Tələbə Təcrübə Proqramı çərçivəsində proqrama müraciət etmiş və müvafiq tələblərə cavab verən, Azercell tərəfindən seçilmiş tələbələr üçün təcrübələrin təşkili planlaşdırılır. Bundan başqa, proqram təminatı sahələrində elmi-tədqiqat işləri aparmaq üçün sifarişlərin verilməsi və bu işlərin aparılması məqsədilə şəraitin yaradılması, müəyyən mövzular üzrə birgə elmi-texniki seminarların təşkili, layihələrin işlənilməsi və istehsalatda tətbiqi kimi məsələlər də əməkdaşlıq memorandumunun bir hissəsidir.

Qeyd etmək yerinə düşərdi ki, Azercell ilə Azərbaycanın ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Azercell BDU, Xəzər və Qafqaz Universitetləti ilə tələbələrin inkişafına yönələn maraqlı layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.

Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell-in prioritet fəaliyyət sahəsi olacaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
898 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...