Hindistanda istilər 13 günə 130 can aldı

Hindistanda istilər


Hindistanda 13 gün ərzində 130 nəfərdən çox insan isti hava şəraiti ilə əlaqədar həyatını itirib.

Lent.az-ın "RİA Novosti"yə informasiya agentliyinə istinadən məlumatına görə, bu statistika yalnız aprel ayına aiddir. Rəsmi məlumatlara əsasən təkcə Hindistanın şərqində yerləşən Odişa ştatında son bir neçə gündə günəş vurmasından 24 nəfər həyatını itirib. Ştatın 19 şəhərində temperatur 40 dərəcəni keçib. Aprelin 11-də ştatın paytaxtı Bxubaneşvara şəhərində temperatur 45,8 dərəcəyə qədər qalxaraq bu ay üçün rekordu yeniləyib.

Ölkədə əksər müəssisələr fəaliyyətini dayandırıb. Bu istilərin isə hələ davam edəcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...