Keçmiş nazir müavini vəfat etdi

Keçmiş nazir müavini vəfat etdi


Azərbaycan mədəniyyətinə ağır itki üz verib. AzVision.az xəbər verir ki, əməkdar mədəniyyət işçisi Fərəh Əbdülrəhim qızı Şəkinskaya 80 yaşında vəfat edib. Qeyd edək ki, Fərəh Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olmuşdur. 60-70-ci illərdə o, Azərbaycan Mərkəzi Partiya Komitəsinin inspektoru, daha sonra Azərbaycan Kommunist Partiyasının N.Nərimanov rayon Komitəsinin katibi, 1978-1989-ci illərdə Bakı şəhər İcra Komitəsinin mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini vəzifəsində çalışıb.

F.Şəkinskaya müxtəlif illərdə N.Nərimanov və 26 Bakı Komissarı adına rayonların deputatı seçilib. 1993-2012-ci illərdə Fərəh Şəkinskaya Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik etmişdir. Bu illər ərzində kollektiv yeni rəngarəng proqramları ilə respublikamızda və bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, Beynəlxalq Uşaq Festivallarında laureat adını qazanıb. O, milli mədəniyyətimiz sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...