Ölüm xəbəri yayılan əməkdar artist danışdı: "Mənə heç nə lazım deyil"

Ölüm xəbəri yayılan əməkdar artist danışdı:


Əməkdar artist Məcnun Hacıbəyovun səhhəti əvvəlki günlərlə müqayisədə yaxşıdır. GUNDEMİNFO.AZ bildirir ki, bu barədə “Report”a açıqlamasında o, özü məlumat verib. “Düzdür, başım hərlənir, özümü pis hiss edirəm. Amma nisbətən yaxşıyam”, - aktyor bildirib. Əməkdar artist hazırda evində olduğunu deyib: “Mən tək yaşayıram. Mənə heç nə lazım deyil, dərmanım, hər şeyim var”.

M.Həcibəyov yanına gəlib-gedənin olmadığını da əlavə edib: “Mənə baş çəkməyə ancaq yayda gəlirlər”. Qeyd edək ki, bu gün 81 yaşlı aktyorun ölüm xəbəri yayılıb.O, 1935-ci ildə Quba rayonunun İkinci Nügədi anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Aktyor 2010-cu ildən İkinci Nügədi kəndində yaşayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...