Diz üstə durmuş Hitler heykəli 17 milyon dollara satılıb

Diz üstə durmuş Hitler heykəli 17 milyon dollara satılıb


Hurriyyet.org saytı “Deyli Meyl”in bu gün yaydığı məlumata istinadən xəbər verir ki, müasir italyan sənətkarı Mauritsio Kattellanın dizləri üstə durmuş Adolf Hitleri təsvir edən heykəli Nyu-Yorkdakı hərraclardan birində 17 milyon dollara satılıb. Sənət əsərinə “O” adı verilib.

Rezin və mumdan hazırlanan heykəl bir neçə il bundan əvvəl Varşavadakı müasir incəsənət Mərkəzində sərgiyə çıxarılmışdı. Həmin mərkəzdə əvvəllər yəhudi məhəlləsi yerləşirmiş. Minlərlə insanın qətlə yetirildiyi bir yerdə belə bir sərginin keçirilməsinə hökumətin razılıq verməsi etiraz dalğasına səbəb olmuşdu.

55 yaşlı italyanın bundan əvvəlkə ən bahalı işi 7,9 milyon dollara satılmışdı. Katellanın əl işləri bundan əvvəl də Polşada qalmaqala səbəb olub. 2000-ci ildə onun “Saat doqquz” əsəri Polşa ictimaiyyətində ciddi narazılıq doğurmuşdu. Həmin heykəldə Roma Papası və onu əzən meteorit təsvir edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...