Bakıda bu tramvayların təqdimatı keçiriləcək

Bakıda bu tramvayların təqdimatı keçiriləcək


Nəqliyyat sahəsində ixtisaslaşan Fransa şirkəti Bakıda TransCaspian sərgisində iştirak edəcək

Fransanın "Alstom" şirkəti mayın 11-13-də Bakıda keçiriləcək "TransCaspian" beynəlxalq nəqliyyat sərgisində yeni performans və ikiqapılı geniş dizayn, yeni erqonomik oturacaqlar daxil olmaqla yüksək səmərəlilik və rahatlıq səviyyəsinə malik, real vaxt rejimli bort informasiyalı, LED texnologiyasına əsaslanan birbaşa və dolayı işıqlandırma sistemli "Citadis" tramvaylarını nümayiş etdirəcək. Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Zaure Rahmetovanın verdiyi məlumata görə, "Citadis" texniki xidmət işlərini sadələşdirərək (xərclər 11%-ə qədər azaldılıb) rekord yararlılıq təmin edən dəqiqliklə yoxlanılmış standart komponentlər əsasında yaradılıb. "Citadis" sərnişinlərin, uşaqlı sərnişinlərin, o cümlədən, əlil arabalarının rahatlıqla daxil ola biləcəyi 100% aşağı döşəməli tramvaydır. Müasir tramvay səmərəlilik, sərnişin tutumu, sürət və təhlükəsizliklə bağlı şəhərin ictimai nəqliyyatı üçün yeni imkanlar yaradır. Tramvay digər nəqliyyat vasitələri ilə müqaisədə daha az CO2 emissiyası ixrac edir.

"Alstom" həmçinin inkişaf etməkdə olan şəhərlər üçün "Attractis" kompleks tramvay sistemini təqdim edəcək. Bu həll sifarişçilərin “tam təslim” layihələrinin yerinə yetirilməsi sistemi ilə bağlı artan tələblərinə cavab verir və şəhər tramvay sistemini rekord qısa müddətə, 30 ayda bir podratçı ilə tikməyə imkan verir. Ənənəvi tramvay sistemləri ilə müqayisədə bu həlli xərclər və məhsulun ümumi dəyərini optimallaşdıraraq investisiyalara 20% qənaət edir.
Əlavə olaraq, "Alstom" uzunluq, en, forma, oturacaqların yerləşdirilməsi, sərnişinlərin məlumatlandırılması və təhlükəsizlik avadanlıqları kimi bir sıra müxtəlif konfiqurasiya imkanlarına malik yüksək etibarlı "Metropolis" metro vaqonlarını təqdim edəcək. "Alstom" 2015-ci ildə Bakı Metropoliteni üçün 5 vaqonlu 3 ədəd yeni qatar təchiz edib. Bu metro qatarları sərnişin axınını optimallaşdıran keçidli vaqonlardan ibarətdir və qatar hərəkətdə olarkən sərnişinlərin təhlükəsizliyini artırmaq üçün qapıların yanında şaquli əltutacaqları quraşdırılıb.

"Alstom Azerbaijan" MMC-nin icraçı direktoru Elşən Zeynalov isə bildirib ki, Azərbaycan Xəzər və Qara dəniz regionunda, o cümlədən, Rusiya və İran arasında vacib birləşdirici bənd kimi potensialını inkişaf etdirir: "Alstom" azərbaycanlıların rahat və təhlükəsiz səyahət etməsi üçün istənilən fürsətlərdən istifadə etməyə hazırdır. "Alstom" dünyada təslim layihələrinin yerinə yetirilməsində uğurlu təcrübəyə malikdir və yerli bazarda öz müasir texnologiyalarını tətbiq etmək niyyətindədir”.
Xatırladaq ki, 2014-cü ildə "Alstom" və "Azərbaycan Dəmir Yolları" QSC (ADY) arasında "Alstom"un Qazaxıstandakı "BM EKZ" zavodunda 50 ədəd lokomotivin yığılmasına dair müqavilə bağlanıb. İlk elektrik lokomotivinin 2017-ci ilin əvvəlində Azərbaycan tərəfinə təslim edilməsi nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...