Acun İlıcalının verilişi cərimə edildi - 175 min

Acun İlıcalının verilişi cərimə edildi -


Oğuzhan Koç, Burak Kut və Hadisənin münsiflik etdiyi "O ses Çocuklar" RTÜK (Radio və Televiziya Üst Qurumu) tərəfindən cəzalandırılıb

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Acun İlıcalının rəhbəri olduğu TV8 telekanalında yarışdırılan uşaqların səslərinin və ruh hallarının pozula biləcəyini, bunun da uşaq istismarı olduğunu deyən qurum kanala 175 min lirə (təxminən 85 min manat) cərimə kəsib:

"Bu proqrama qatılan uşaqların hamısı səs inkişafını bitirmədikləri üçün səhnədə səslərinin pozulmasına səbəb ola biləcək vəziyyətdə yarışırlar. Təhsillərini davam etdirən uşaqlar istirahət etmək yerinə səhnə məşqləri edirlər. Bu vəziyyət uşaqların təhsilini arxa plana atmasına səbəb olur. RTÜK-ün şikayət xəttinə çoxlu zənglər gəlir və "Pul qazanmaq və reytinq üçün uşaqlar istismar edilir" deyirlər". Qeyd edək ki, bunan əvvəlki illərdə də eyni proqram Ali Televiziya Qurumu tərəfindən cəzalandırılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...