Azərbaycanın bank sektoru problemi ilə üzləşib - "Fitch"

Azərbaycanın bank sektoru problemi ilə üzləşib -


Yüksək dollarlaşmadan əziyyət çəkən Azərbaycanın bank sektoru milli valyutanın devalvasiyasından ciddi zərər görüb. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin "Dollarisation in CIS/Georgian Banking Sectors" adlı hesabatında deyilir.

Hesabatda deyilir ki, analoji hal yalnız Azərbaycanda deyil, eyni zamanda MDB və Gürcüstanda müşahidə olunur: "Lakin daha çox zərərlə Azərbaycan və Ukraynanın bank sektoru üzləşib. Çünki bu ölkələrin bankları lazımi normativ dəstəyi ala bilmədi. Qazaxıstan, Rusiya, Gürcüstan və Belarusun bank sektoru dövlətdən daha çox dəstək gördü".

Hesabat müəllifləri hesab edir ki, Azərbaycanın bank sektoru kapitallaşma problemi ilə üzləşib. Buna səbəb neftin ucuzlaşması səbəbindən iqtisadi artım tempinin azalmasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...