Dünyanın ən yaşlı qadını öldü

Dünyanın ən yaşlı qadını öldü

Ginnessin Rekordlar Kitabında adı olan dünyanın ən yaşlı qadını Suzanna Muşatt Cons Nyu-Yorkda 117 yaşında vəfat edib. Virtualaz.org “Associated Press” agentliyinə istinadən xəbər verir ki, qadın Bruklindəki qocalar evində dünyasını dəyişib. Herontologiya üzrə mütəxəssis Robert Yanqın sözlərinə görə, son on gün ərzində Suzanna Muşatt Cons ağır xəstə idi.

On bacı və qardaşı olan Cons 1899-cu ildə Alabama ştatında yerləşən fermalardan birində anadan olub. O, 2015-ci ildə 117 yaşlı yaponiyalı Misao Okava vəfat edəndən sonra dünyanın ən yaşlı qadını olub və adı Ginnessin Rekordlar Kitabına daxil edilib. İndi isə bu “titul” italiyalı Ema Moranoya keçib. Onun 116 yaşı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 248 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...