2017-ci ilin büdcə layihəsi Nazirlər Kabinetinə təqdim olunub

2017-ci ilin büdcə layihəsi Nazirlər Kabinetinə təqdim olunub


2017-ci il dövlət büdcəsinin ilkin layihəsi Nazirlər Kabinetinə təqdim olunub.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə `APA`-nın sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib. Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” qanuna və “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2016-cı il 29 yanvar tarixli sərəncamına uyğun olaraq 2017-ci il dövlət büdcəsinin ilkin layihəsi, büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu 2016-cı il 15 aprel tarixində Nazirlər Kabinetinə təqdim olunub.

“Növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu vaxtından əvvəl - 2016-cı il 19 aprel tarixdə hazırlanaraq büdcənin tərtibi prosesində iştirak edən bütün təşkilatlara göndərilib”, - deyə M. Piriyev vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...