Bu il Azərbaycanda 200-dən çox insan qidadan zəhərlənib

Bu il Azərbaycanda 200-dən çox insan qidadan zəhərlənib


Bu ilin 4 ayı ərzində Azərbaycanda 182 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 222 nəfər zərər çəkib.

Yanvar-aprel ayları ərzində ölkədə 22 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 27 nəfər zərər çəkib. Cari ilin aprel ayında isə 39 qida zəhərlənməsi hadisəsi nəticəsində 49 nəfər zəhərlənib. 3 botulizm hadisəsi nəticəsində isə eyni sayda zəhərlənmə qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
814 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...